Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir
![](https://estafet.az/uploads/news/2025-02/_estafetaz_afcfcf310144d6ff578c1706b_o.jpg)
Qış mövsümünün ən maraqlı və ekstremal yarışlarından biri olan Red Bull Qaçaqaç sona çatdı. 200-dən çox iştirakçının qatıldığı bu yarışda xizək və snoubord sürənlər bir araya gəldi.
Şahdağ Turizm Mərkəzində baş tutan yarışda iştirakçılar 2,351 metr yüksəklikdən start götürərək əvvəlcədən hazırladıqları snoubord və xizəklərinə doğru 100 metr qaçmalı, onları sürətlə geyinərək 5 kilometrlik məsafəni qət etməli idilər.
Dongfeng Azərbaycan brendinin dəstəyi ilə keçirilən Red Bull Qaçaqaç yarışında 5 qalib müəyyən olundu:
Ən sürətli snoubordçu (qadın) – Nuranə Musayeva
Ən sürətli snoubordçu (kişi) – Elçin Məmmədov
Ən sürətli xizəkçi (qadın) – Nurel Hacıbəyli
Ən sürətli xizəkçi (kişi) – Ceyhun Balamətov
Ən kreativ geyim qalibi – Evgeniy Borordin
Qaliblər 500 AZN pul mükafatı, Red Bull eynəyi və Şahdağ Turizm Mərkəzindən müxtəlif hədiyyələr qazandı. Ən sürətli snoubordçu və xizəkçilər Sport System mağazasından 5 əyləncə kuponu, ən kreativ geyim qalibi isə paraplanla uçuş əldə etdi.
Tədbir boyunca qonaqlar xüsusi olaraq ayrılmış “Dongfeng Lounge” zonasında istirahət edərək əyləncəli vaxt keçirdilər. Eyni zamanda, onlar Dongfeng avtomobili ilə yaxından tanış olmaq imkanı da əldə etdilər.
Red Bull Qaçaqaç yarışı ölkəmizdə artıq üçüncü dəfə keçirilir və dünyanın bir çox ölkəsində tanınan “Red Bull Homerun” formatına əsaslanır. Yarışın məqsədi qış idman növlərini daha da populyarlaşdırmaq və iştirakçılara həyəcan dolu və unudulmaz anlar yaşatmaqdır.
![](https://estafet.az/img/foto200x133.png)