Azərbaycanlı idmançılar Türkiyədə keçirilən beynəlxalq yarışda qızıl və gümüş medal qazanıblar

28 fevral – 1 mart tarixlərində Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Abel İsmixanov və Nurid Şəkərəliyev Kayseri şəhərində təşkil olunan Türkiye Open Sprint Cup yarışında ölkəmizi uğurla təmsil ediblər.
Yarışın nəticələrinə əsasən, 15 idmançı arasında keçirilən mübarizədə Abel İsmixanov qızıl medal, Nurid Şəkərəliyev isə gümüş medal qazanıb.
Qeyd edək ki, əldə olunan nəticə Azərbaycan xizək alpinizmi idman növündə yeniyetmə idmançıların beynəlxalq arenada uğurlu çıxışının növbəti göstəricisi hesab olunur.

