Minayə Əkbərova Türkiyə Açıq Turnirində Bürünc Medal Qazandı

Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq (Turkish Open) beynəlxalq taekvondo turnirində milli komandamızın üzvü Minayə Əkbərova (46 kq) böyüklər arasında bürünc medal qazanıb.
İdmançımız medala gedən yolda 4 rəqibi üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Lakin o, finala gedən görüşdə türkiyəli idmançıya məğlub olaraq turniri üçüncü pillədə başa vurub.
Minayə Əkbərovanı qazandığı uğur münasibətilə təbrik edirik!
