Leyli Əliyeva Avropa Çempionatında bürünc medal qazandı!

Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə U-18 qızlar arasında solo yarışda Azərbaycan təmsilçisi Leyli Əliyeva bürünc medal qazanıb.

Üçüncü yer uğrunda gərgin mübarizədə idmançımız Bolqarıstan təmsilçisi Mariya Atanasovaya 12:11 hesabı ilə qalib gələrək mükafatçılar sırasına düşüb.

Leyli Əliyevanı bu uğur münasibətilə təbrik edirik!

Müəllif: Bəhruz MƏMMƏDOV