Qobustanda Ciu-Citsu üzrə Respublika Çempionatı keçiriləcək

1 mart 2025-ci il tarixində Qobustan Olimpiya İdman Kompleksində Ciu-citsu üzrə Respublika Çempionatı və Birinciliyi keçiriləcək.
Bu yarış Ciu-citsunun nevaza növü üzrə təşkil olunacaq və nəticələr əsasında ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək yığma komandanın tərkibi formalaşdırılacaq.
Çempionatın paytaxtdan kənarda keçirilməsinin əsas məqsədi regionlarda idmanın inkişafına töhfə vermək və sağlam ruhlu gənclərin yetişməsinə dəstək olmaqdır.
