Yüksək Liqada gərgin oyunlar: “AZERRAIL” və “Murov Az Terminal” rəqiblərini məğlub etdi

Qadın voleybolçuların Yüksək Liqasında XI turun oyunları keçirilib.

Bu gün GİN-nin Voleybol Mərkəzində turun iki qarşılaşması baş tutub. “Milli Aviasiya Akademiyası” “AZERRAIL”lə, “Murov Az Terminal” komandası isə UNEC üz-üzə gəlib. “AZERRAIL” rəqibini 3:1, “Murov Az Terminal” isə 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, XI tura son qarşılaşması sabah Gəncədə keçiriləcək. Bu dəfə “Gəncə” klubunun qonağı “Abşeron” komandası olacaq.

Yüksək Liqa
14 fevral

“Milli Aviasiya Akademiyası” - “AZERRAIL” 1:3 (23:25, 25:22, 16:25, 21:25)
“Murov Az Terminal” - UNEC 3;0 (25:8, 25:5, 25:7)

15 fevral
14:30. “Gəncə” - “Abşeron”
Ünvan: Gəncə İdman Sarayı
AVF-nin rəsmi Youtube kanalı (canlı)

Müəllif: Bəhruz MƏMMƏDOV