Cüdoçularımız Samorin Avropa Kubokunun ilk günündə 6 medal qazandı

Fevralın 15-də Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər. Cüdoçularımız turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

-50 kq. çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc medal əldə edib.

-55 kq. çəkidə final görüşündə iki cüdoçumuz Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub.

-60 kq çəkidə mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində İlkin Qarayev isə turniri 7-ci pillədə başa vurub.

-66 kq çəki dərəcəsində Əli Hümbətov bürünc medal qazanıb, Özqan Quliyev isə beşinci yerlə kifayətlənib.

Müəllif: Natiq NƏSİROV