16 YAŞLILAR GÜRCÜLƏRLƏ QARŞILAŞACAQ

ESTAFET/ 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 18-23 sentyabr tarixlərində Bakıda, 24-dən 28-dək isə Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışı və 2 yoldaşlıq oyunu keçirəcək. Bakıda keçiriləcək təlim-məşq toplanışına millinin baş məşqçisi Vüqar Məmməd aşağıdakı futbolçuları dəvət edib:

 

Vüsal Şabanov, Müşfiq Nadirov, Rüfət Əhmədov, Nemət Şıxəmirov, Samir Məhərrəmli, Rauf Məhərrəmov, Çingiz Məmmədov (hamısı "Qəbələ"), Hüseyn Ələsgərov, Abdulla Rzayev, Mirəli Əhmədov, Ramin Nəsirli, Sərin Mehmetali, Valeh Qəhramanlı (hamısı "Neftçi"), Ağa Ağayev, Cavid Vəlizadə, Samir Abdullayev, Ramin Məhərrəmov, Fərid Muxtarov (hamısı "İnter"), Rəşad Kərimov ("Sumqayıt"), Qurban Məhərrəmov ("Qarabağ"), Mikayıl Kərimli ("Zirə"), Tərxan Mehdiyev ("Pole Espoirs", Fransa), Elvin Sadıqov ("Torpedo", Vladimir, Rusiya), Emil Bayramov (BRV-VİK, Volodimir-Volinski, Ukrayna).