Millimizin Yunanıstanla səfər matçının təyinatları açıqlandı

ESTAFET/ Futzal üzrə AÇ-2026-nın əsas mərhələsinin 5-ci qrupu çərçivəsində keçiriləcək Yunanıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb.
Afinada baş tutacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
AÇ-2026. Əsas mərhələ
5-ci qrup
Yunanıstan - Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (Hakimlər briqadası Bolqarıstandandır)
Hakim-inspektor: Sven Eichler (Almaniya).
11 mart. Afina. DAİS İdman Arena. Saat 21:00
