Bakı Ali Neft Məktəbində futzal turnirinə böyük maraq: “Qubadlı” komandası çempion oldu

Bakı Ali Neft Məktəbində I kurs (hazırlıq) tələbələri arasında təşkil edilən ənənəvi futzal turnirinə böyük maraq göstərilib. Bu dəfəki yarışda ümumilikdə 26 qrupdan 16 komanda iştirak edərək mübarizə aparıb.

Turnirə start verildikdən sonra komandalar 4 qrupa bölünüb və hər qrupdan ən çox xal toplayan komanda pley-off mərhələsinə vəsiqə qazanıb.

Gərgin və maraqlı qarşılaşmaların ardından 17-ci qrupun “Qubadlı” və 9-cu qrupun “Xarıbülbül” komandaları bütün rəqiblərinə qalib gələrək final mərhələsinə yüksəlib.

Həyəcan dolu final oyununda “Qubadlı” komandası “Xarıbülbül” üzərində 2-1 hesabı ilə qələbə qazanaraq turnirin çempionu olub.

Müəllif: Bəhruz MƏMMƏDOV