Dadaşov Türkiyə klubu ilə müqaviləni ləğv edib

ESTAFET/ Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Ankaragücü" klubu ilə müqaviləsini ləğv edib.

Bu barədə yerli "Sports Digitale" məlumat yayıb.

25 yaşlı hücumçu yanvarın sonunda paytaxt klubunun əsas komandasından kənarlaşdırılmışdı.

Dadaşovun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulmuşdu.

Müəllif: Orxan NOVRUZOV