Brüsseldə 2-ci “Suqovuşan” mini futbol turnirinin hazırlıqlarına başlanılıb

Belçika Krallığında fəaliyyət göstərən “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” təşkilatının təşəbbüsü ilə keçirilən 2-ci “Suqovuşan” mini futbol turnirinin hazırlıqlarına başlanılıb.

Turnirin 7 iyun 2025-ci il tarixində Belçikanın paytaxtı Brüssel şəhərində keçirilməsi planlaşdırılır. Turnirdə Avropada yaşayan azərbaycanlılarla yanaşı, ölkəmizlə və icmamızla dost münasibətdə olan dövlətlərin Brüsseldəki diplomatik nümayəndəliklərinin komandaları iştirak edə biləcək.

Turnirdə iştirak üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:

https://kec.az/MNcLv

Qeyd edək ki, 1-ci “Suqovuşan” mini futbol turniri 2024-cü ildə Belçika Krallığında fəaliyyət göstərən “MADANİ” platforması tərəfindən Brüsseldə 28 May – Müstəqillik Günü münasibətilə təşkil olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV