ÇL-də həftənin ən yaxşısı adına namizədlər açıqlandı

ESTAFET/ Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib. 

Bunlar Kilian Mbappe ("Real"), Vitinya (PSJ), Noah Lanq (PSV) və Orkun Kökçüdür ("Benfika"). 

Mbappe "Mançester Siti" ilə matçda het-trik edib. Vitinya "Brest"lə görüşdə fərqlənib. Kökçü isə "Monako" ilə oyunda qol vurub. 

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Müəllif: Natiq NƏSİROV