MY Onanaya əvəzedici axtarır

ESTAFET/ “Maneçster Yunayted” 28 yaşlı kamerunlu əsas qapıçısı Andre Onanaya əvəzedici axtarır.

“Qırmızı şeytanlar” müvafiq seçimini əzəli rəqibi “Mançester Siti”nin məzunu, hazırda “Börnli”də çıxış edən 22 yaşlı ingilis qapıçı Ceyms Trafford üzərində saxlayıb.

Vurğulanır ki, Traffordun xidmətində “Nyukasl” da maraqlıdır, amma bu keçiddə məhz “Mançester Yunayted”in imkanı daha yüksək qiymətləndirilir.

Müəllif: Orxan NOVRUZOV