“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi

ESTAFET/ “Bornmut” rəhəbərliyi “albalılar”ın qanalı cinah hücumçusu Antuan Semenyonun nəhənglərin hədəfində olduğu gerçəyini qəbul edir və bu səbəbdən futbolçusuna transfer qiyməti müəyyənləşdirib.
“Bornmut” Semenyo müqabilində 75 milyon funt-sterlinq məbləğində ödəniş tələb edir.
Xatırladaq ki, qanalı hücumçuya əsas iddiaçı “Liverpul”dur. Semenyo ilə həmçinin “Çelsi” və “Bayern”in də maraqlandığı bildirilir.

