Arina Kalugina Dünya Çempionatında Azərbaycanı uğurla təmsil edib

25 fevral - 2 mart tarixlərində Macarıstanın Debresen şəhərində keçirilən Yeniyetmələr arasında Dünya Çempionatında Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yeniyetmə idmançımız Arina Kalugina təmsil edib.

Arina Kalugina qısa və sərbəst proqram üzrə çıxış edərək 48 idmançı arasında 172.43 xal toplayıb və yekun nəticədə 14-cü yeri tutub. Bu uğur Arina Kaluginanın beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etdiyini bir daha sübut edir.

Müəllif: Bəhruz MƏMMƏDOV