Vladimir Litvintsev Dünya Çempionatında 15-ci yeri tutaraq Olimpiya lisenziyası qazandı

25-30 mart tarixlərində Bostonda keçirilən Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatında ölkəmizi təmsil edən idmançımız Vladimir Litvintsev qısa və sərbəst proqram üzrə çıxış edərək 233,31 xal toplayıb və 39 idmançı arasında 15-ci yerdə qərarlaşaraq Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.
Yarışda çıxış edən digər idmançılarımız Nərgiz Süleymanova və buz üstündə rəqs idman növü üzrə yarışan cütlüyümüz Samantha Ritter və Daniel Brykalov isə qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.
