Yığmamız “Strandja” turnirini 4 medalla başa vurub

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə beynəlxalq “Strandja” turnirinə yekun vurulub. Azərbaycan millisi yarışı 2 gümüş və 2 bürünc medalla başa vurub.

Yığmamızın heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar. Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medalla başa vurublar.

Millimiz bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.

Müəllif: Bəhruz MƏMMƏDOV