Beynəlxalq Qadınlar Gününə həsr olunan veloyürüş Bakıda keçirildi

"İdman həftəsi" çərçivəsində və Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-də Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Gənclər Fondunun, Dənizkənarı Bulvar İdarəsinin, Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Bakıda xanımların veloyürüşü keçirilib.

Müxtəlif sahələrdə çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

Veloyürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.

Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Veloyürüş zamanı xanımlar Azneft dairəsi - Dəniz Vağzalı marşrutu üzrə hərəkət ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV