Basketbol üzrə oğlanlar arasında U-12 liqasına start verilib

Liqanın reqlamentinə əsasən Azərbaycan Basketbol Liqasında (ABL) iştirak edən 12 klubun hər birinin U-12 komandası çempionluq uğrunda mübarizə aparacaq. Klublar ABL-də olduğu kimi "A" və "B" qruplarında yarışacaqlar.

"A" qrupu - "Sabah" BK U-12, "Naxçıvan" BK U-12, "Neftçi" İK U-12, "Abşeron" BK U-12, "Sərhədçi" PİK U-12, NTD BK U-12

"B" qrupu - "Gəncə" BK U-12, "Şəki" BK U-12, "Ordu" İK U-12, "Sumqayıt" BK U-12, "Quba" BK U-12, "Lənkəran" BK U-12

Dairəvi sistemlə iki dövrəli, yəni 10 turdan ibarət olan müntəzəm çempionatı öz qruplarında 1-ci və 2-ci pillədə tamamlamış klublar pley-off 'un 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. Qruplarda 3-cü, 4-cü, 5-ci və 6-cı sıranı tutmuş klublar isə pley-in oyunlarında iştirak edərək, pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, U-12 liqasının oyunları Azərbaycan Texniki Universiteti ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçirilir.

Müəllif: Məsim MƏSİMZADƏ