Azərbaycan karateçiləri Çin turnirində iki bürünc medal qazandı

Azərbaycan Karate Federasiyasının idman karatesi (WKF) üzrə böyüklərdən ibarət yığma komandasının üzvlərindən Nuran Rzazadə (-67 kq) və Fərid Ağayev (-75 kq) Çin Xalq Respublikasının Hanjou şəhərində keçirilən "Karate1 Premiyer Liqa" -da 2 bürünc medal əldə ediblər.
Yığmamız bu mötəbər yarışda AKF -in idman karatesi üzrə baş məşqçisi Şahin Atamovun rəhbərliyi altında iştirak edib.
