Yeniyetmə taekvondoçularımız “Belgian Open” turnirində 11 medal qazandı!

Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən “Belgian Open” beynəlxalq turnirində möhtəşəm nəticə göstəriblər.
Milli komandamız yarışda ümumilikdə 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Qızıl medal sahibləri:
Mədinə Aslanlı (29 kq)
Eda Eren (55 kq)
Tapdıq Quluzadə (33 kq)
Ədiş Cəlilov (49 kq)
Elmir Səlimov (53 kq)
Rəsul Cavadzadə (61 kq)
Gümüş medal:
Yusif Nağızadə (57 kq)
Bürünc medal sahibləri:
Fidan Muxtarzadə (29 kq)
Aysu Aslanlı (41 kq)
Əbil Mehrəli (45 kq)
Fuad Həsənov (+65 kq)
Bu möhtəşəm uğur Azərbaycan taekvondosunun inkişafının və gənc idmançılarımızın yüksək hazırlıq səviyyəsinin göstəricisidir.
