Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub

14-16 mart tarixlərində keçirilən ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub. Şüvəlanda yerləşən Ağırlıqqaldırma Akademiyasında təşkil olunan yarışda daha 10 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

15 yaşa qədər olan oğlanların yarışı:

81 kq çəki dərəcəsində Ayxan Məmmədov toplamda 214 kq (98 kq+ 116 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

89 kq çəki dərəcəsində Muhammədəli Məmmədzadə toplamda 230 kq (110 kq + 120 kq) nəticə ilə birinci olub.

96 kq çəki dərəcəsində Rihad Nuriyev toplamda 154 kq (67 kq+ 87 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

102 kq çəki dərəcəsində Nihad Süleymanov toplamda 190 kq (80 kq + 110 kq) nəticə ilə birinci olub.

+102 kq çəki dərəcəsində Elmar Quluzadə toplamda 170 kq (75 kq+ 95 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeniyetmələrin yarışı:

81 kq çəki dərəcəsində İsa Əliyev toplamda 261 kq (121 kq + 140 kq) nəticə ilə qalib adını qazanıb.

89 kq çəki dərəcəsində Allahverdi Qaragözov toplamda 245 kq (115 kq + 130 kq) nəticə ilə qalib adını qazanıb.

96 kq çəki dərəcəsində Aslan Əmiraslanov toplamda 280 kq (125 kq+ 155 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

102 kq çəki dərəcəsində Sultan Sultanov toplamda 247 kq (107 kq + 140 kq) nəticə ilə birinci olub.

+102 kq çəki dərəcəsində Təyyar Dövlətov toplamda 133 kq (63 kq+ 70 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sonda isə komanda hesabında ilk 3 yeri tutan kollektivlərə və yarışın “Ən yaxşı idmançı” nominasiyasında qalib olan idmançılara kuboklar təqdim edilib.

15 yaşa qədər olan qızların yarışı:

1-ci yer – Göyəzən AAK (Qazax)
2-ci yer – UGİM/LAGİİ (Lənkəran)
3-cü yer – “BAF” İK (Balakən)

Yeniyetmə qızların yarışı:

1-ci yer – Göyəzən AAK (Qazax)
2-ci yer – Sumqayıt İOEUGİŞM/“Təhsil” RİM
3-cü yer – “BAF” İK (Balakən)

U-15 yaşa qədər olan qızlar arasında “Ən yaxşı idmançı” – Malikə Biçekuyeva – “Bəhrə” İK (Samux)

Yeniyetmə qızlar arasında “Ən yaxşı idmançı” – Aytən Əliyeva – Göyəzən AAK (Qazax)

15 yaşa qədər olan oğlanların yarışı:

1-ci yer – UGİM/QTRGİİ (Qazax)
2-ci yer – UGİM/ LAGİİ (Lənkəran)
3-cü yer – UGİŞM /”Təhsil” RİM (Lənkəran)

Yeniyetmə oğlanların yarışı:

1-ci yer – UGİM/QTRGİİ (Qazax)
2-ci yer – UGİM/DŞRGİİ (Qobustan)
3-cü yer – Zirvə İSC (Abşeron)

15 yaşa qədər olan oğlanlar arasında “Ən yaxşı idmançı” – Musab Məmmədtağıyev- UGİM/QTRGİİ (Qazax)

Yeniyetmə oğlanlar arasında “Ən yaxşı idmançı” – İsa Əliyev – UGİŞM /”Təhsil” RİM (Lerik)

Müəllif: Bəhruz MƏMMƏDOV