Səid Məmmədyarov futbol həvəskarları üçün oxudu - VİDEO

İstedadlı balaca  ifaçı Səid Məmmədyarov  "Neftçi"  futbol klububun 88-ci il dönümündə futbol azerkeşi həmyaşıdları üçün maraqlı mahnı təqdim edib.

"Yaşasın futbol" adlanan mahnının sözləri və musiqisi öz dəsti xətti ilə seçilən bəstəkar Elçin İmanova məxsusdur.

Rejissor Faiq Kərimoğlunun ekranlaşdırdığı klipdə sevilən aktyorlar Cavanşir Hadıyev  və Nicat Rəhimov rol alıb.

Klipdə, bu gün uşaqların həyətdə oynamaq üçün yer tapmaması, tikinti sıxlığı, avtomobillərin çoxluğu səbəbilə onların açıq havada oyun oynamaq imkanlarının məhdudlaşdırılması  problemi məzəli səhnələrlə qabardılıb.

Qeyd edək ki, mahnı balaca ifaçının "youtube" kanalında yerləşdirilib.

Müəllif: Bəhruz MƏMMƏDOV