U21 Karate yığmasına yeni baş məşqçi təyin olundu

Azərbaycan Karate Federasiyasının U21 (18-21 yaş qrupu) yığma komandasına yeni baş məşqçi təyin edilib. "Əməkdar Məşqçi" Elnur İbrahim bu vəzifəyə gətirilib.

Təcrübəli mütəxəssis 2002-2009-cu illərdə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının baş məşqçisi kimi fəaliyyət göstərib. 2009-2024-cü illərdə isə Küveyt Karate Federasiyasının böyüklərdən ibarət yığmasını çalışdırıb.

Yeni baş məşqçinin rəhbərliyi altında U21 yığmamızın uğurlu çıxışlarını davam etdirəcəyinə inanırıq!

Müəllif: Bəhruz MƏMMƏDOV