Azərbaycanın futzal millisi Xorvatiya yığması ilə heç-heçə edib

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas mərhələsində ikinci oyununu keçirib.
7-ci qrupda yer alan U-19 Xorvatiyanın Omiş şəhərində yerli komanda ilə qarşılaşıb. Ribnjak İdman Sarayında təşkil olunan görüş 3:3 hesablı heç-heçə yekunlaşıb. Millimizin heyətində qolları Fariz Hüseynov (7-ci dəqiqə) və Ədalət Ələkbərov (17, 40) vurublar.
Qeyd edək ki, komandamız qrupda son matçını martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək.
