U-12 basketbol liqasında həyəcan davam edir

12 yaşa qədər oğlanlar arasında keçirilən U-12 basketbol liqasında 3-cü turun oyunları yekunlaşıb.
Geridə qalmış 3 turdan sonra "A" qrupunda "Naxçıvan" U-12, "Neftçi" U-12 və "Abşeron" U-12 komandaları 2 qələbə, 1 məğlubiyyətlə turnir cədvəlində ilk üçlükdə qərarlaşıblar. NTD U-12, "Sabah" U-12 və "Sərhədçi" U-12 komandaları isə, müvafiq olaraq 4-cü, 5-ci və 6-cı pillənin sahibidilər. "B" qrupuna gəldikdə isə, "Sumqayıt" U-12 və "Gəncə" U-12 komandaları maksimum nəticə ilə liderliklərini davam etdirirlər. "Quba" U-12, "Lənkəran" U-12, "Şəki" U-12 və "Ordu" U-12 komandaları turnir cədvəlində müvafiq olaraq 3-cü, 4-cü, 5-ci və 6-sıranı tuturlar.
Qeyd edək ki, müntəzəm çempionatda "A" və "B" qruplarında ilk iki sıranı tutmuş komandalar birbaşa pley-off'a vəsiqə qazanacaqlar. Digər kollektivlər isə pley-in'dən mübarizəyə start verəcəklər.
