Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında taekvondoçularımızdan uğurlu nəticə! -
Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında taekvondoçularımızdan uğurlu nəticə!

8 aprel tarixində baş tutan qarşılaşmalarda gənc taekvondoçularımız 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Bu uğur bir daha sübut edir ki, Azərbaycan idmanı yeniyetmələr səviyyəsində də güclü inkişaf yolundadır.

Medal qazanan idmançılar:

Rüqəyya Əliyeva – 33 kq (Qızıl medal)

Mədinə Aslanlı – 29 kq (Gümüş medal)

Əbil Mehralı – 45 kq (Gümüş medal)

Mehriban İsmayıllı – 44 kq (Bürünc medal)

Gülnaz Abdullayeva – 59 kq (Bürünc medal)

Saleh Heydərov – 53 kq (Bürünc medal)

Bu nəticələr həm idmançılarımız, həm də ölkəmiz üçün böyük uğurdur. Gənclərimizi və onların məşqçilərini təbrik edirik!

Müəllif: Bəhruz MƏMMƏDOV