HOLLANDİYA QİSAS HAQDA DÜŞÜNÜR

ESTAFET/ Cemmi Morrison, Hollandiya yığmasının baş məşqçisi: "Buraları gəzmək üçün vaxtımız olmayıb. Ancaq yaxınlıqdakı parkı gəzə bildik. Dünən idman zalıyla tanış olduq. Çox xoşumuza gəldi. Şərait də bizi tam qane edir. Hansısa komandaya uduzursansa, onunla yenidən qarşılaşmaq istəyirsən ki, məğlubiyyətin təsadüfi olduğunu sübut edəsən. Dünya çempionatının seçmə mərhələsində yenildiyimiz Azərbaycanla ən yaxşı halda yarımfinalda qarşılaşa bilərik. Ümid edirik ki, komandanızla finalda qarşılaşarıq. Azərbaycan seçmə mərhələdəki kimi oynamaqda davam etsə, finala çıxa bilər".


Maret Balkeşteyn-Qrotyes, Hollandiya yığmasının kapitanı: "Göygölə ilk səfərimdir. Təəssüratlarım çox yaxşıdır. Zal kiçik olsa da, yenidir və gözəl atmosferi var. Azərbaycanın yaxşı heyəti var və azarkeş dəstəyi də onlar üçün üstünlük sayılır. Komandanız favoritlərdən biridir".