Zöhrab Gözəlbəyli CEV kubokunda supervayzer təyin edildi

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.

Gözəlbəyli qadın voleybolçular arasında CEV kubokunun 1/8 finalında “THY ISTANBUL” (TUR) və “MBH-BÉKÉSCSABA” (HUN) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək. Dekabrın 10-da İstanbulda keçiriləcək oyunun hakimləri ingiltərəli Dominik Biegajlo və  bosniya və hersoqovinalı Mirza Basic olacaq.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Müəllif: Bəhruz MƏMMƏDOV