Taekvondoçularımız Serbiyada keçirilən Gimnaziadada 3 qızıl medal qazandılar

Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında Azərbaycan təmsilçiləri taekvondo üzrə pumse proqramında uğurlu çıxış edərək üç qızıl medal əldə ediblər.

Fərdi proqramda Şəkərəliyeva Nigar yüksək nəticə göstərərək fəxri kürsünün birinci pilləsinə qalxıb.

Komanda çıxışlarında da idmançılarımız üstünlüyünü qoruyub. Qızlar arasında üçlük kateqoriyasında Fidan Qəhrəmanova, Ayan Məmmədzadə və Gülnar Kərimova, oğlanlar arasında isə Həmidqədir Məmmədzadə, Anil Abdulov və Orxan Ağazadə qızıl medalın sahibi olublar.

Azərbaycan komandası bu nəticə ilə bir daha regionda taekvondo üzrə gənclər arasında liderliyini sübut edib.

Müəllif: Bəhruz MƏMMƏDOV