QRAN-PRİDƏ QAZANCIMIZ 1 BÜRÜNC OLDU
ESTAFET/ Qran-Pri turnirin ikinci mərhələsi komandamız üçün başa çatdı. Mərakeşin paytaxtı Rabat şəhərində baş tutan G4 kateqoriyalı beynəlxalq yarışda milli yığma komandamızın üzvü Milad Beigi Hərçəqani (-80 kq) yarımfinalda qarşılaşdığı misirli Seif Essaya məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Bu gün mübarizəyə qatılan digər təmsilçilərimizdən Ayxan Tağızadə və Məhəmməd Məmmədov (-hər ikisi -68 kq) yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıb.