Azərbaycan Savatçıları Bolqarıstandan 4 medalla qayıtdı

Azərbaycan Savat Federasiyasının Milli Yığma Komandası 25-27 aprel 2025-ci il tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən ənənəvi World Open Savate Beynəlxalq turnirində iştirak etdi.
Millimiz federasiyanın baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi ilə aşağıdakı nəticələri əldə edib.
Kadetlər arasında:
Ağamirzə Mahmudbəyli - 30 kq Qızıl medal (İrəvan İdman Klubu)
Üzeyir Məsimov - 36 kq Bürünc medal (İrəvan İdman Klubu)
Kişilər arasında
Beyrək Bağırov - 80 kq Gümüş Medal (Gədəbəy İdman Klubu)
Sənan Babazadə - 85+ kq Gümüş medal (Gəncə Savate İdman Klubu)
