Mayami Qran-prisində qalib Oskar Piastri oldu - McLaren zirvədədir

Formula 1 üzrə 2025-ci il dünya çempionatının altıncı mərhələsi olan Mayami Qran-prisinin əsas yarışında “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri qələbə qazandı.

innews.media xəbər verir ki, onun komanda yoldaşı Lando Norris ikinci, “Mercedes”in britaniyalı sürücüsü Corc Rassel isə üçüncü yerin sahibi olub.

Qələbə sayəsində Piastri şəxsi xal hesabını 131-ə yüksəldərək sürücülər arasında liderliyini möhkəmləndirib. Komanda yoldaşı Norris 115 xalla ikinci, “Red Bull”un niderlandlı pilotu, son dörd mövsümün çempionu Maks Ferstappen isə 99 xalla üçüncü pillədə qərarlaşıb.

Konstruktorlar Kubokunda da “McLaren” üstünlüyünü qoruyur – komanda aktivində 246 xal toplayıb. “Mercedes” 141, “Red Bull” isə 105 xalla növbəti yerləri tutur.

Növbəti mərhələ – İtaliya Qran-prisi mayın 16-dan 18-dək İmola trasında baş tutacaq.

Müəllif: Natiq NƏSİROV