Heydər Əliyevin anım günü münasibətilə Nazirlik kollektivi Fəxri xiyabanı ziyarət edib

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.
