Düşənbə Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu

Mayın 1-də Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Qeyd edək ki, turnirdə Azərbaycanı 6 çəki dərəcəsində 8 cüdoçu təmsil edəcək.

Yarış sabah Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Turnirin təsnifat mərhələsinin görüşlərini canlı olaraq judotv.com saytından, final blokunu isə 18:00-dan etibarən İdman TV-dən izləyə bilərsiniz.

Kişilər

-60 kq
1/8 final

Balabəy Ağayev - Muhammad Fathur Rohman (İndoneziya) / Acıtı Dombuu (IJF) cütünün qalibi ilə

-66 kq
1/8 final

Yaşar Nəcəfov - Exson Safarzoda (Tacikistan)

-73 kq
1/8 final

Vüsal Qələndərzadə - Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə

-81 kq
1/8 final

Süleyman Şükürov - Batsuqar Qansux (Monqolustan)

-90 kq
1/8 final

Vüqar Talıbov - Nikoloz Davladze (Gürcüstan)
Elcan Hacıyev - Muzamir Karimzoda (Tacikistan)

+100 kq
1/8 final

Camal Qamzatxanov - Artyom Zolotuxin (IJF)
Kənan Nəsibov - Rahmatullo Mirzoyev (Tacikistan)

Müəllif: Natiq NƏSİROV