Azərbaycan cüdoçuları Meksikanı dalğalandırdı

ESTAFET/ Dünya Cüdo Turu çərvivəsində Meksikanın Qvadalxara şəhərində təşkil olunan Qran-Priyə yekun vurulub. 

Azərbaycan cüdoçuları möhtəşəm çıxışla tarixi uğura imza atıblar. Belə ki, kişilər arasında yarışlarda mümkün 7 çəki dərəcəsinin 6-da Azərbaycan təmsilçiləri çempionluq sevinci yaşayıblar. 

Sonuncu yarış gününün yekununda Murad Fətiyev (90 kq) üçüncü, Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) isə çempion olublar.    

Öncəki iki yarış günündə Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (63 kq), Hidayət Heydərov (73 kq) və Vüsal Qələndərzadə (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medallara sahib olmuşdular.

Bu nəticə ilə cüdoçularımız ilkə imza ataraq, Azərbaycan cüdosunda yeni tarix yazıblar. Belə ki, indiyədək Dünya Cüdo Turu çərçivəsində hər hansı bir yarışda bu sayda və əyarda (9 medal - 6 qızıl və 3 bürünc) medal əldə edilməmişdi.

Qeyd edək ki, 33 ölkədən 231 cüdoçunun (142 kişi, 89 qadın) qatıldığı yarışda Azərbaycan baş məşqçi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında kişilər arasında 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunurdu. 

Müəllif: Natiq NƏSİROV