Məşhur azərbaycanlı MMA döyüşçüsü UFC planlarından danışdı - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Vüqar “PODKAT” adlı layihədə çıxış edərək öz həyatı, UFC ilə bağlı planları və potensial rəqibləri haqqında fikirlərini bölüşüb.
O bildirib ki, iyun ayında Bakıda keçiriləcək UFC turnirində iştirakı ilə bağlı danışıqlar aparılsa da, bu mümkün olmayıb:
“Danışıqlar oldu, amma istəsələr belə, alınmayacaqdı. Hazırda RIZIN təşkilatı ilə müqaviləm var.”
Vüqar gələcək hədəfi kimi UFC divizionunda iştirak etməyi göstərib və bu istiqamətdə danışıqların davam etdiyini qeyd edib. Onun sözlərinə görə, RIZIN-də qarşıdakı döyüşü gələcək karyerası baxımından həlledici olacaq.
