Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Gürcüstanda cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb -
Gürcüstanda cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb

Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb. İlk yarış günündə milli komandamız 3 medal qazanıb.

-66 kq çəki dərəcəsində Nazir Talıbov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

-60 kq çəkidə mübarizə aparan Babarəhim Mirzəyev gümüş medala yiyələnib.  

-73 kq-da tatamiyə çıxan Nəriman Mirzəyev isə bürünc medal əldə edib.

Qeyd edək ki, turnirdə 15 ölkədən 169 cüdoçu qüvvəsini sınayır.

Müəllif: Natiq NƏSİROV