Azərbaycan cüdoçuları Qori turnirindən 4 medalla qayıtdı

Gürcüstanın Qori şəhərində keçirilmiş böyüklər arasında cüdo üzrə Avropa Kuboku başa çatıb. Yarışın ikinci – sonuncu günündə milli komandamız aktivinə daha bir medal əlavə edib.
-81 kq çəki dərəcəsində mübarizə aparan Məhərrəm İmamverdiyev gümüş medala layiq görülüb.
Turnirin ilk günündə isə Nazir Talıbov (-66 kq) qızıl, Babarəhim Mirzəyev (-60 kq) gümüş, Nəriman Mirzəyev (-73 kq) bürünc medal qazanmışdı.
Beləliklə, cüdoçularımız turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Azərbaycan 15 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.
