Oskar Piastri Emiliya-Romanya Qran-prisinin sıralama turunda birinci yeri tutub

İtaliyada keçirilən “Formula 1” üzrə Emiliya-Romanya Qran-prisinin sıralama turunun qalibi məlum olub.
"Report" xəbər verir ki, “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri sıralama turunda ən yaxşı nəticəni göstərərək birinci yeri tutub.
Onun ardınca “Red Bull” komandasının sürücüsü Maks Ferstappen ikinci, “Mercedes” pilotu, britaniyalı Corc Rassel isə üçüncü olub.
Qeyd edək ki, Emiliya-Romanya Qran-prisinin əsas mərhələsi 18 may tarixində baş tutacaq.
