Azərbaycanlı hakim Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib

Azərbaycan Karate Federasiyası olaraq məmnuniyyətlə bildiririk ki, Federasiyamızın Hakimlər Komitəsinin sədri, dünya səviyyəli beynəlxalq dərəcəli hakim Cahangir Babayev böyük uğura imza ataraq Avropa Karate Federasiyasının (EKF) Hakimlər Komitəsinə üzv seçilmişdir.

Qeyd edək ki, bu nüfuzlu komitə cəmi 7 üzvdən ibarətdir və onların sırasında ölkəmizi layiqincə təmsil edən Cahangir Babayevin yer alması Azərbaycan karatesi üçün mühüm nailiyyətdir.

Bu seçim həm federasiyamızın beynəlxalq aləmdə nüfuzunun artmasının göstəricisi, həm də Azərbaycan hakimlik məktəbinin yüksək səviyyədə tanınmasının təzahürüdür.

Müəllif: Bəhruz MƏMMƏDOV