Lamiyə Vəliyeva Daşkənddə keçirilən beynəlxalq turnirdə bürünc medal qazandı

Milli komandamızın üzvü Lamiyə Vəliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Atletikasının bürünc səviyyəli UNG Meeting yarışında uğurlu çıxışla yadda qalıb. Atletimiz 200 metr məsafəyə qaçışda 24.35 saniyə nəticə göstərib.
Bu göstərici ilə Lamiyə Vəliyeva yarışın bürünc medalını qazanıb.
