Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Velosipedçimiz Qazaxıstanda 3-cü oldu -
Velosipedçimiz Qazaxıstanda 3-cü oldu

Qazaxıstanın paytaxtı Astanada olan trek velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız Qazaxıstan Açıq çempionatında iştirak ediblər.

Komanda üzvlərimizdən Məryəm Hüseynova 2009-2010-cu il təvəllüdlü 38 idmançı arasında omnuim yarışlarının 200 metr məsafəyə sprint növündə 3-cü nəticə göstərib.

Eyni yaş kateqoriyasında mübarizə aparan Çingiz İsayev isə 40 iştirakçı arasında yarışı 4-cü pillədə tamamlayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV