Parakarate və müxtəlif yaş kateqoriyaları üzrə Reytinq Turniri keçiriləcək

22 may 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Parakarate, Yeniyetmələr, Gənclər, U21 və Böyüklər arasında respublika əhəmiyyətli, seçim xarakterli və lisenziya balı qazandıran Reytinq Turniri keçiriləcəkdir.

Rəsmi açılış mərasimi: saat 15:00

Əziz dostlar, hörmətli idman ictimaiyyəti və KİV nümayəndələri!

Sizi bu mötəbər və yüksək səviyyəli idman tədbirində iştirak etməyə dəvət edirik.

Müəllif: Bəhruz MƏMMƏDOV