Azərbaycan kunq-fu millisi dünya çempionatında 5 qızıl, 2 gümüş medalla fərqləndi

İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatına yekun vurulub.
Light sanda növündə qızlar arasında Əminə Əliyeva (11 yaş, 38 kq), oğlanlar arasında isə Rəsul Əsgərov (11–12 yaş, 36 kq), Hüseyn Əliyev (13–15 yaş, 48 kq), Toğrul Mikayılov (böyüklər arasında, 65 kq) və Eller Orucov (böyüklər arasında, 75 kq) dünya çempionu olublar. Əli Baxışov (11–12 yaş, 33 kq) və Əkbər Əhmədzadə (13–15 yaş, 70 kq) isə gümüş medalın sahibi olublar.
Ümumi nəticəyə əsasən, idmançılarımız komanda hesabında bürünc medala layiq görülüblər.
