UFC yenidən Bakıda!

ESTAFET/ UFC prezidenti Dana White (Dana Uayt) Bakıda yeni turnir keçirəcəklərinin anonsunu verib.

Bu haqda keçmiş prodüsser Jed Qudmanın X səhifəsinə yazıb.  

Uayt, FOX Sport telekanalına müsahibəsində deyib: “Biz tezliklə Azərbaycana qayıdacağıq. Həmçinin Gürcüstanda turnir keçirmək istəyirik və bu il Cənubi Afrikada da yarış təşkil edə bilərik”.

Xatırladaq ki, ötən yay Bakıda ilk dəfə UFC yarışı keçirilib.

Müəllif: Natiq NƏSİROV