Fərid Qayıbov Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirib

Mayın 16-da gənclər və idman naziri Fərid Qayıbov Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirib. Görüşdə gənclərin təşəbbüslərinin dəstəklənməsi, istedadlı gənclərlə bağlı layihələrin həyata keçirilməsi, idmana marağın artırılması və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir gənclərin suallarını cavablandırıb, onların təklif və ideyalarını dinləyib.

Tədbir zamanı həmçinin gənclərin ictimai fəallığının artırılması, yeni ideyaların həyata keçirilməsi və onlar üçün yaradılan imkanlar barədə müzakirələr aparılıb.

Görüşdə Qax Peşə Liseyinin şagirdləri, gənc müəllimlər, idmançılar, ictimai fəal gənclər və digər şəxslər iştirak ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV