Azərbaycan cüdoçuları kata üzrə Avropa çempionatında iştirak edəcək

Azərbaycan cüdoçuları 31 may–1 iyun tarixlərində Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında mübarizə aparacaq.
Qitə yarışında ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Təmsilçilərimiz "Nage-no-kata" və "Katame-no-kata" üzrə çıxış edəcəklər.
Qeyd edək ki, turnirdə 22 ölkədən 332 cüdoçu qüvvəsini sınayacaq.
Nage-no-Kata
İsmayıl Rzayev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)
Katame-no-kata
Rafiq Nəcəfov - tori
Seymur Məcidli - uke
