Azərbaycan Şahmat Federasiyası “Ümid yeri” uşaq evini ziyarət etdi

Azərbaycan Şahmat Federasiyası Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq evini ziyarət edib.

"1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaq evinin balaca sakinləri ilə görüşən Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənov onları bayram münasibətiylə təbrik edib.

Azərbaycan Şahmat Federasiyası adından balacalara şahmata aid kitablar, eləcə də müxtəlif hədiyyələr təqdim olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV